Keçid linkləri

2026, 11 Oktyabr, bazar, Bakı vaxtı 03:29

Avropa Birliyi Suriyaya qarşı sanksiyaları müzakirə edəcək

Avropa Birliyi cümə günü Brüsseldə Suriyaya qarşı sanksiyaları müzakirə edəcək.

Bu barədə Avropa birliyinin rəsmisi Kətrin Eştonun (Catherine Ashton) sözçüsü Maykl Mann (Michael Mann) məlumat verir.

O Suriyada nümayişlərin atəşə tutulması, etiraz aksiyalarının amansızcasına dağıdılmasını kəskin ittiham edib.

Almaniya Suriyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bildirib.

Həmçinin bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.
This item is part of
XS
SM
MD
LG