Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Aprel, bazar, Bakı vaxtı 03:43

Məscidlərdə sanitar yoxlamalar başlayıb


Düşənbədəki mərkəzi məscid

Tacikistanda Allah evlərinin gigiyena bəhanəsilə bağlanacağından qorxurlar

Tacikistanın səhiyyə orqanları ölkənin cənubundakı Kulob şəhərinin 50 məscidində sanitar yoxlamalara başlayıb.

Şəhərin səhiyyə idarəsinin rəhbəri Cəmşed Rofiyev deyib ki, yoxlama zamanı namaz zalları, təmizlik otaqları və hətta məscidin ətrafındakı ərazilərə də baxış keçiriləcək. O, məscidlərin normal fəaliyyətinə mane olmaq məqsədilə yoxlanıldığı barədə deyilənləri təkzib edib.

Tacikistanın İslam Dirçəliş Partiyasının sədr müavini Vahidxon Kosidinov məscidlərdə gigiyena qaydalarına əməl olmasını vacib sayır. Bununla belə, o, qorxur ki, Allah evlərinin yoxlanması onların bağlanmasına bəhanə yarada bilər.

Kulobdakı məscidlərdən birinin imamı bildirib ki, artıq onun işlədiyi məscid yoxlanılıb və burdakı vəziyyət qənaətbəxş elan olunub.

Tacikistanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Mavlon Muxtarov isə sanitar müayinə məbədin qeydiyyata alınması üçün əsas göstəricilərdəndir. Lakin o, Kulobda məscidlərin yoxlanmasını haqda xəbərini təkzib edib.

Hazırda Tacikistanda 3.348 məscid hər gün namaz qılanları qəbul edir. Ölkədə 330 Cümə məscidi və 31 mərkəzi Cümə məscidi fəaliyyət göstərir.
XS
SM
MD
LG