Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 07:39

BMT-də Suriyayla bağlı müzakirələr gözlənilir

BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.

BMT-nin baş katibi Ban Kİ Moon Suriyanın hakim dairələrini nümayişçilərə qarşı silah işlətmək və kütləni dağıdarkən ağır texnikalardan istifadə etməkdə ittiham edib.

Ban Ki Moon Suriyada yüzlərlə adamın qətliylə bağlı müstəqil istintaq aparmağa çağırıb.

Son 6 həftə ərzində Suriyada 400-ə yaxın adam öldürülüb.

Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliya təhlükəsizlik şurasına Suriyanı kəskin ittiham edən qətnamə layihəsi təqdim ediblər.

Rusiya ilə Çinin sənədə qarşı çıxacaqları gözlənilir.
This item is part of
XS
SM
MD
LG