Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Medvedevin yaratdığı komissiya polisi həbsdə ölən vəkilə saxta ittiham irəli sürməkdə günahlandırır



Dmitri Medvedev tərəfindən yaradılmış müstəqil komissiya Rusiya polisini həbsxanada ölməsi beynəlxalq hay-küy yaradan vəkilə qarşı saxta ittiham irəli sürməkdə günahlandırıb.

Bir vaxt Rusiyada ən böyük "Ermitraj Kapital" aksiya fondunun vəkili olan Sergey Maqnitskiy 2008-ci ildə Rusiya məmurlarının 230 milyon dollarlıq vergi fırıldaqları ilə bağlı məlumat verdikdən sonra həbs olunmuşdu.
O təxminən bir ildən sonra, onu ifadəsini dəyişməyə məcbur etmək üçün zəruri tibbi xidmət göstərilməsini rədd etdikdən sonra ölmüşdü.

Onun ölümü ilə bağlı hələ ki, heç kim günahlandırılmayıb.
Aprelin 26-da Medvedev tərəfindən müdafiə qrupu yaradılıb və müstəqil hüquqşünaslardan təşkil olunub. Qrup bəyan edib ki, 2008-ci ildə Maqnitskiyə qarşı irəli sürülmüş ittiham saxta olub.
XS
SM
MD
LG