Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:53

Sevinc Pərvanə. Yeni şeirlər















Səni əllərindən tutub
gələcəyə aparan
böyüklər
ayaqlarından tutub keçmişə çəkəcək sonra
nazlı bəbə
bir yerə qədər
bir yer var orda
“dur” işarəsi göstərəcəklər sənə...
bu işarənin altındakı tıxacda
sıxılacaq ürəyin
acı bir təəssüf hissi gəmirəcək beynini
nazlı bəbə
sən hələ qığılda
böyü...
böyüməyə davam et
hələ kimsə böyüməyə qadağan
qoymadan
böyü, sığma
dörd yanı barmaqlıqlı beşiyinə
barmaqlıqlar hələ çox olacaq
zaman dar
nazlı bəbə
səni azad etsələr,
hara gedərsən?!
məni azad etsələr getməyə yerim yox...
yalançılar,
hanı dünya böyük
kainat sonsuzdu?!


****


Qarşı küçədən baxan pəncərə
nə kədərılisən
bəbəkləri islanmış
kirpikləri pərişan
cocuqluğumda çəkdiyim
rəsmlərdən çıxmısan
ordakı kimi tənhasan
axşamkı yağışdan sonra
bu səhər də
qadınlar əllərindəki dəsmallarla
silməyə qoşmuş
sevgili pəncərəmin göz yaşlarını
qadının yoxmu
anan yoxmu
bacın yoxmu
qarşı küçədən baxan pəncərə
nə kədərlisən...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG