Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 05:32

Liviyada ağır döyüşlər davam edir

Liviyada üsyançıların nəzarətində olan Misrata şəhərində ağır döyüşlər gedir. Məlumatlara görə, Qaddafiyə təbe olan qüvvələr şəhərin mərkəzindən uzaqlaşdırılıb, amma şəhərdən çıxarılmayıb. Qaddafinin qüvvələri ölkənin Qərbində üsyançıların əlindəki digər şəhərləri də top atəşinə tutur.

Bu arada İtaliya da Liviyanı bombalayan Britaniya və Fransaya qoşulduğunu bildirib. NATO təyyarələri isə Tripolidəki bir binanı yerlə yeksan edib. Binada Qaddafi rejiminin rəsmilərinin gizləndiyi bildirilirdi.
This item is part of
XS
SM
MD
LG