Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

Gəmiricilər əkin sahələrinə hücumuna keçib


Tərtər, Goranboy, Samux və Xanların əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb. Bunu «Azadlıq» radiosuna Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direkoru, akademik Sidiqə Məmmədova deyib. Onun sözlərinə görə, bu il gəmiricilərin çoxalmasıyla bağlı hələ ötən il proqnoz veriblərmiş. Ancaq buna əhəmiyyət verməyən fermerlər profilaktik tədbirlər görməyiblər. Nəticədə taxılın 60, yem bitkilərinin isə 80 faizə yaxını məhv edilib. Araşdırmalar nəticəsində taxıl sahəsində hər 1 ha ərazidə 500-dən çox siçovul yuvasına rast gəlinib. Yonca sahəsində isə 1 ha ərazidə siçovul yuvasının sayı 270 mini keçib.


Akademikin sözlərinə görə, hazırda onlar yerdə qalan zəmiləri xilas etməyə çalışırlar.


XS
SM
MD
LG