Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 13:15

Teymur Rəcəbov ikinci oyunda da qalib gəldi


Dünya şahmatçılarının İsveçrənin Bil şəhərində keçirilən 39-cu ənənəvi festivalı davam edir. Turnirdə 6 beynəlxalq qrossmeyster çıxış edir. Yarışda Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli qros s meyst e r Teymur Rəcəbov dünən axşam qara fiqurlarla isveçrəli Yannik Peletyeyə qarşı oynayıb və qalib gəlib. Bundan əvvəlki oyunda da Teymur Rəcəbov qalib gəlmişdi. İndi onun hesabında iki qələbə olduğundan norveçli Maqnus Karslenlə turnir cədvəlinə başçılıq edir.


Bu gün axşam üçüncü turun oyununda T.Rəcəbov M.Karlsenlə görüşəcək.



XS
SM
MD
LG