Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:14

«Hacı Məmmədov Elmar Hüseynovun qətlində şahid qismində dindirilə bilər»


Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası

«Məhkəmənin müvafiq qərarından sonra Hacı Məmmədov Elmar Hüseynovun qətlinin istintaqı çərçivəsində şahid qismində dindirilə bilər». Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mətbuat Xidmətinin rəhbəri Arif Babayev iyulun 26-da «Azadlıq» radiosuna müsahibəsində belə deyib: «Ancaq bunun nə vaxt olacağı barədə hələlik bir söz deyə bilmərəm».


MTN rəsmisi Elmar Hüseynovun qətli ilə bağlı istintaqda bütün versiyaların, o cümlədən, Hacı Məmmədov və onun dəstəsi fərziyyəsinin də işlənildiyini bildirib.


Cənab Babayev deyib ki, «Monitor» jurnalının baş redaktoru ilə bağlı aparılan istintaq prosesi statik deyil, dinamikdir: «Yəni, daim bu məsələ ilə bağlı intensiv tədbirlər görülür».


«Hacı Məmmədov istintaqda jurnalistin qətli ilə əlaqədar dindirilibmi» sualına cənab Babayev, hazırda sabiq baş əməliyyat müvəkkilinin məhkəmə prosesi getdiyindən əlavə şərh verə bilməyəcəyini deyib.


Daxili İşlər Nazirliyinin səbiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov iyulun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ifadə verərkən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun rəhbərlik etdiyi dəstə tərəfindən öldürüldüyünü bildirib. O, bu qətlin sifarişini sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin verdiyini deyib.


Elmar Hüseynov Fondu beynəlxalq təşkilatlara və Azərbaycandakı diplomatik korpusa müraciətində bildirir ki, Elmar Hüseynovun istintaqı zamanı məsuliyyət günahsız adamların üzərinə atıla bilər. Fond bu vaxta kimi cinayətin açılmamasından və yalnız indi canlanmanın yaranmasından şübhələndiyini bəyan edir.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra qətllər və adam oğurluqlarında təqsirləndirilir. Bu dəstə MTN-in 2005-ci ildə keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov ötən ilin martın 2-də yaşadığı evin girişində odlu silahdan açılan atəşlə qətlə yetirilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG