Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:11

TƏRCÜMEYİ-HAL


Kamal Abdulla 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Yazıçı, Qorqudşünas alim, dilçi-türkoloqdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada aspirantura təhsili alıb. 1977-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.




«Gizli Dədə Qorqud» kitabı Qorqudşünaslıqda mühüm mərhələ kimi dəyərləndirilir. Bir sıra ölkələrin teatrlarında pyesləri səhnələşdirilib. 1991-ci ildən Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. Əməkdar elm xadimi Kamal Abdulla 2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur. Onun 2004-cü ildə çap olunan «Yarımçıq əlyazma» romanı post-modernist üslubda yazılan ədəbi əsər kimi qiymətləndirilir və bir sıra ölkələrdə nəşr olunub. Hələlik sonuncu romanı isə bu il işıq üzü görən «Sehrbazlar dərəsi» adlanır.




100-dən çox məqalə və 10-a yaxın kitab müəllifidir.


XS
SM
MD
LG