Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:19

Prezident olimpiya oyunlarına hazırlıqla bağlı sərəncam imzalayıb


Prezident İlham Əliyev Azərbaycan idmançılarının 2008-ci ildə Pekində keçiriləcək XXİX yay olimpiya oyunlarına hazırlığıyla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan idmançılarının qarşısında Sidney və Afina olimpiadasında göstərdikləri nəticələri təkrarlamaq, tutduqları mövqeləri saxlamaq və yaxşılaşdırmaq vəzifəsi dayanır. Bu məqsədlə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bütün idman federasiyaları səylərini birləşdirməlidir. Azərbaycan milli komandasının olimpiya oyunlarına hazırlığını təmin etmək və lisenziya almaq üçün Nazirlər Kabinetinə tapşırılıb ki, təlimlərin keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı və ölkədə lisenziya yarışlarının təşkili üçün maliyyə məsələlərini həll etsin.


Azərbaycan müstəqil dövlət kimi olimpiya oyunlarında 1996-cı ildən çıxış edir. Həmin il Azərbaycan idmançıları bir gümüş, 2000-ci il Sidney olimpiadasında iki qızıl və bir bürünc, 2004-cü il Afina olimpiadasında isə 1 qızıl və 4 bürünc medal qazanıb.


XS
SM
MD
LG