«Azərenerji» Səhmdar Cəmiyyəti (SC) paylayıcı şəbəkələri idarə etmək üçün 46 rayonda sutkada 1000-ə yaxın abunəçi üçün sayğac quraşdırmağa başlayıb. Cəmiyyətin Mətbuat Xidmətindən verilən məlumata görə, abunəçilərin sayğacla tam təmin olunmaları üçün hər gün dörd minə yaxın sayğac quraşdırılmalıdır.
«Azərenerji» SC 100 minə yaxın sayğac alıb. İlin sonuna qədər onların sayının 600 minə yaxın olacağı gözlənilir.