Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Bakıda yarmarkalar keçirildi


Bakının 9 rayonunda meyvə-tərəvəz mallarının yarmarkası keçirildi
Bakının 9 rayonunda meyvə-tərəvəz mallarının yarmarkası keçirildi

İyulun 22-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakının 9 rayonunda meyvə-tərəvəz mallarının yarmarkası keçirildi. Yarmarkaların keçirilməsində məqsəd hökumətin 17 iyul toplantısından sonra meyvə-tərəvəzin ucuz qiymətə satışını təşkil etməkdi. Kənd təsərrüfatı naziri İsmət Abbasov bu yarmarkaların mütəmadi keçiriləcəyini bildirir: «Yarmarkalar uğurla keçirilir, qiymətlər iki dəfə ucuzlaşıb».


Paytaxt alıcılarından qiymətdən razılıq edən də var, onun bazar qiymətindən çox az fərqləndiyini deyən də. Bəzi alıcılar isə nəzarət azalan kimi qiymətin bahalanmasından şikayət edirdilər.


İsmət Abbasov isə gün ərzində nazirliyin və icra orqanlarının nümayəndələrinin satışa və qiymətə nəzarət etdiklərini deyir: «Qiymətlər ucuz olmasaydı, bu qədər növbə də olmazdı».


İyulun 17-də hökumət kənd-təsərrüfatı mallarının bahalığı ilə bağlı toplantı keçirmiş və onun qarşısını almaq üçün göstəriş vermişdi.


XS
SM
MD
LG