Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Azərbaycan jurnalistləri Mətbuat Gününü qeyd edir


İyulun 22-si Mətbuat Günü Azərbaycanın jurnalist qurumları tərəfindən qeyd olunur.


Birinci tədbirlərə start verən Zərdabi Mətbuat Mərkəzi bir qrup jurnalisti mükafatla təltif edib. Laureatlara xüsusi diplomlar və pul mükafatları verilib.


İyulun 20-də «Park İnn» otelində «AZERCELL» şirkətinin dəstəyi ilə milli mətbuatın 131 illiyi ilə əlaqədar Mətbuat Şurası tədbir təşkil edib. Tədbirdə çıxış edən Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov mətbuatın yaranma tarixi barədə məlumat verib.


İyulun 21-də hakim Yeni Azərbaycan Partiyası da Mətbuat Günü ərəfəsində tədbir keçirib. Mərasimdə YAP-ın icra katibi Əli Əhmədov mətbuatın indiki səviyyəsi və problemlərindən söz açıb. O, 8 milyonluq bir ölkə üçün qəzetlərinin sayının həddindən çox olduğunu bildirib.


İyulun 21-də «Avropa» otelində bir sıra jurnalist təşkilatlarının təsis etdiyi ənənəvi «media açarı» müsabiqəsinə də yekun vurulub. Bu müsabiqə hər il keçirilir və müxtəlif nominasiyalar üzrə jurnalistlər mükafatlandırılır.


Milli Mətbuat Günü münasibətilə həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bəzi mətbuat nümayəndələrinə xatirə hədiyyələri təqdim edib.


ATƏT-in Bakı ofisinin də iyulun 21-də Dövlət Filarmoniyasında ölkə jurnalistləri üçün ziyafət verəcəyi gözlənilir.


XS
SM
MD
LG