Bolqarıstanın Plovdiv şəhərində keçirilən boks üzrə Avropa Çempionatı davam edir. Dörddə bir final mərhələsində mübarizə aparan üç Azərbaycan boksçusu məğlub olub. Emil Kərimov Türkiyə, Ceyhun Əbiyev Ermənistan, Cavid Tağıyev isə Rumıniya boksçusuna uduzub.
Avropa Çempionatına Azərbaycandan 11 boksçu yollanmışdı, onlardan yeddi nəfəri artıq mübarizəni dayandırıb.