Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:31

Xəbərlər


YUNESKO Azərbaycan hökumətini İçərişəhərə daha çox diqqət yetirməyə çağırıb


Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova «Trend» Agentliyinə bildirib ki, YUNESKO Azərbaycan hökumətini İçərişəhərin problemlərinə daha həssas yanaşmağa səsləyən qərar çıxarıb. Bu qərar sözügedən Komitənin Vilnüsdə keçirilən 30-cu sessiyasında qəbul edilib.



İlin sonunadək bir neçə ölkədə Azərbaycan mədəniyyəti günləri keçirilə bilər!


Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərlə söhbətində deyib. Nazir müavininin sözlərinə görə, hazırda Birləşmiş Ərəb Əmirliyi, Moldova, Kanada, Amerika Birləşmiş Ştatları və Belarusla danışıqlar aparılır.



İlk ədəbi elektron dərgi gəncləri hədəf götürüb


«Bizimki» adlanan həmin dərgi www.bizimki.net ünvanında yerləşir. Dərgi hər ayın 1-də və 15-də olmaqla, ayda 2 dəfə İnternet istifadəçilərinin görüşünə gələcək. «Bizim auditoriyamız əsasən gənclərdir və qazancımız da gənc ədəbiyyat adamlarına kömək etmək olacaq». «Bizimki» elektron dərgisinin yaradıcılarından biri - Səməd Səfərov belə deyir.



İlahiyyatçı alim Nəriman Qasımoğlu Braziliyada simpoziuma qatılıb


Amazon çayında gəmidə keçirilən və «Amazon – yaşam qaynağı» adlanan ənənəvi simpoziumda ilahiyyatçı alim Nəriman Qasımoğlu «Quranda ekoloji etika» mövzusunda çıxış edib. «Din, Elm və Ətraf mühit» Beynəlxalq Təşəbbüsləri çərçivəsində keçirilən və iyulun 20-dək davam edəcək bu elmi foruma patriarx 1-ci Varfolomey və BMT-nin baş katibi Kofi Annanı dəstək verir.


XS
SM
MD
LG