Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 08:54

«Qarabağ» və «Karvan» ilk oyunları məğlubiyyətsiz başa vurdu

Azərbaycanı UEFA kubokunda təmsil edən komandalar rəqibləriylə ilk qarşılaşmaları məğlubiyyətsiz başa vurublar. «Qarabağ» Kişinyovda Moldovanın «Zimbru» komandası ilə heç-heçə oynayıb: 1-1. Rəqib meydanda vurulan top «Qarabağ»ın Bakıda keçiriləcək təkrar qarşılaşmada özünü daha inamlı hiss etməsinə şərait yaradıb. Bakıda Slovakiyanın «Spartak» komandası ilə qarşılaşan «Karvan» isə, 1-0 hesabı ilə qalib gəlib.
XS
SM
MD
LG