Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:29

Əhmədinejadın Təbrizə gəlişi etiraz aksiyası ilə qarşılandı


Təbrizin Darayi meydanı. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını dağıdır.
Təbrizin Darayi meydanı. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını dağıdır.

İran prezidenti Mahmud Əhmədinejad Şərqi Azərbaycan vilayətinə 4 günlük səfərinə vilayətin mərkəzi Təbrizdən başladı. Onun səfərindən əvvəl prezident heyətinin keçəcəyi bütün yollar ictimaiyyətə bağlanıb və onu qarşılamaq istəyənlərin heç birinə yol kənarına çıxmaq icazəsi verilməyib. Bu kimi ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Təbrizin Ustandarlıq binası qarşısındakı “Darayi” meydanında aksiya keçirən yüzlərlə azərbaycanlı “faşizmə ölüm”, “istibdada ölüm” şüarları səsləndirib. Lakin aksiya çoxsayılı təhlükəsizlik qüvvələri tərəfindən tez bir müddətdə dağıdılıb. İnsident zamanı yaralanan və həbs olunanlar haqda dəqiq məlumat verilmir.


Adının açıqlanmasını istəməyən Təbriz tele-radio şirkətinin əməkdaşlarından biri “İJNA” ( www.ijna-ir.com ) internet xəbər agentliyinə bildirib ki, İran hökuməti prezidentin səfərinin işıqlandırılmasını yalnız fars müxbirlərinə tapşırıb. Bu məqsədlə Tehrandan Təbrizə çoxlu sayda reportyorlar gətirilib. Bu isə yerli azərbaycanlı jurnalistlərin etirazına səbəb olub. Hakimiyyət mənsubları çalışırlar ki, prezidentin 4 günlük səfəri ərzində istər tele-radioda və istərsə də mətbuatda azərbaycanlıların ən kiçik etiraz səslərinin belə eşidilməsinə yol verilməsin.


Təbrizin hava limanında yerli dövlət nümayəndələri tərəfindən qarşılanan İran prezidenti bildirib ki, onun səfərinin məqsədi Azərbaycan regionunun abad və inkişaf etdirilməsidir: “Bu isə İranın abad və inkişafı deməkdir”. Əhmədinejad deyib ki, Azərbaycan İran xalqının göylərə ucalan qeyrət, iman, şərəf və şücaət bayrağıdır.


Daha sonra Təbrizin “Bağmeşə” stadionunda, Marağa və Binab şəhərlərində çıxış edən İran prezidenti Mahmud Əhmədinejad müsəlman dövlətlərinin sionist rejimi təhlükəsi altında olduğunu söyləyib və qərb ölkələrinin İsraili dəstəkləməsini pisləyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG