Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 01:35

AQO qrupunun Cənubi Qafqaza səfərlərinə dair hesabat açıqlayacağı gözlənilir


Andres Herkel: «Ya oktyabrın sonu, ya da noyabrın əvvəlində Bakıya səfər edəcəyik»
Andres Herkel: «Ya oktyabrın sonu, ya da noyabrın əvvəlində Bakıya səfər edəcəyik»

Bu gün Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupunun Cənubi Qafqaza səfərinin yekunlarına dair hesabatını açıqlayacağı gözlənilir. Qrup iyunun 13-14-də Azərbaycanda səfərdə olub və ölkənin Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsini araşdırılıb. Həmin səfər zamanı AQO qrupu siyasi partiyaların təmsilçiləri, hüquq müdafiəçiləri, dövlət rəsmiləri ilə görüşüb, prezident İlham Əliyevin qəbulunda olub. Ancaq ilk dəfə olaraq missiya üzvləri Bakıya səfərin yekunlarına dair mediaya məlumat verməyiblər.


Ekspertlər bunu təsadüfi saymadılar, bir neçə gün sonra isə AŞ PA iyun sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatına baxmadı və Azərbaycanla bağlı qətnamə qəbul olundu. Sənəddə deyilirdi ki, AŞ-nin Azərbaycan üçün irəli sürdüyü tövsiyələrin çoxu yerinə yetirilməyib. Qurum Azərbaycana tövsiyə edirdi ki, Seçki Məcəlləsinə dəyişiklik etsin, media, sərbəst toplaşma azadlığı təmin olunsun. Bu tövsiyələr bu ilin əvvəlində-qış sessiyasında qəbul edilmiş qətnamədə irəli sürülüb.


AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd isə Bakıya bir də payızda gələcək və öhdəliklərin monitorinqini aparacaq. Bunu «Azadlıq» radiosuna Andres Herkel deyib: «Ya oktyabrın sonu, ya da noyabrın əvvəlində Bakıya səfər edəcəyik. Hazırda Toni Lloydla bunu müzakirə edirik».


Həmməruzəçilər monitorinq aparıb AŞPA-nın növbəti yaz sessiyasında Azərbaycanın öhdəliklərinə dair geniş hesabat hazırlayacaqlar.


Azərbaycan rəsmiləri isə bildirirlər ki, AŞ qarşısında öhdəliklərin əksəriyyəti yerinə yetirilib və bu cür monitorinqlərin aparılmasına da elə bir ehtiyac qalmayıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva əmindir ki, konkret olaraq seçki ilə bağlı tövsiyələr seçkidən seçkiyə öz həllini tapacaq. İyun sessiyasında qəbul olunmuş qətnamədə isə deyilirdi ki, AŞ ilə Azərbaycan arasında əməkdaşlıq demokratiyanın inkişafı, qanunun aliliyi və bu ölkədə insan haqlarına hörmət baxımından vacibdir. 2008-ci il prezident seçkisinin tamamilə AŞ standartlarına uyğun gəlməsi üçünsə güclü siyasi iradə lazımdır.


Həm AŞ PA-nın Monitorinq Komitəsi, həm də AŞ Nazirlər Komitəsinin AQO adlı qrupu Azərbaycanın AŞ qarşısında öhdəliklərinin monitorinqini aparır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG