Rusiyanın İrkutsk şəhər hava limanında baş vermiş aviaqəza zamanı təyyarədə olan yeganə Azərbaycan vətəndaşı sağ qalıb. 1976-cı il təvəllüdlü Atəş Rüstəmovun sağ qalmasına səbəb onun təyyarənin arxa hissəsində əyləşməsi olub. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Əhməd Cəfərovun «Azdalıq» radiosuna verdiyi məlumata görə, Atəş Rüstəmov xəstəxanaya aparılsa da, aldığı zədə o qədər ciddi olmadığından evə buraxılıb.
İyulun 9-da Rusiyanın İrkutsk şəhərində «Sibir» avia şirkətinə məxsus «A-310» təyyarəsi enərkən uçuş zolağında qəzaya uğrayıb. Hadisə nəticəsində yüzdən artıq adamın həlak olduğu, 80-ə yaxın adamın isə, xilas edildiyi bildirilir. Qəzanın səbəbləri araşdırılır.
Azərbaycan prezidenti İlham Əliyev hadisəylə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.