Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

Azərbaycan enerjipaylama sistemini tam təzələyəcək


Azərbaycan enerjipaylama sistemini tam təzələyəcək. «Azərenerji» Səhmdar Cəmiyyəti ötən həftənin sonu bununla bağlı uzunmüddətli layihənin icrasına başlayıb. İlk olaraq yenidənqurma işlərinə Astara və Lənkəranda start verilib. Ümumilikdə 46 rayonun enerjipaylama sisteminin yenidən qurulmasına 800 milyon dollara qədər pul xərclənəcəyi ehtimal edilir. O cümlədən istisnasız olaraq bütün mənzillərdə, eləcə də idarə və müəssisələrdə sayğac quraşdırılacaq.


XS
SM
MD
LG