Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:39

Xəzər dənizinin ortasındakı məscid uçurdulur?


Neft Daşları
Neft Daşlarında çalışan fəhlələrdən birinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ərazidəki məscidin uçurulacağı barədə xəbər yayılıb. Bu da fəhlələrin narazılığıyla qarşılanıb.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə bu məsələdən xəbərsiz olduğunu deyir. Onun sözlərinə görə, Neft Daşlarının 60 illiyinə hazırlıqla bağlı hazırda orda bərpa və yenidənqurma işlərinə başlanılıb.

«Mən dəqiq bilmirəm məscid məsələsi nədir, amma ola bilər ki, proqram çərçivəsində orda iş gedir. Ola bilməz ki, məscidi uçursunlar».

Bu ilin noyabrında Neft Daşlarında birinci quyudan ilk neft çıxmasının 60 ili tamam olur.

Neft Daşları - dünyanda ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulub. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Əzizbəyov rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən «Qara qayaların» ətrafında tikilib. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilib.

Ceyms Bondun məşhur sərgüzəştlərindən biri olan «Dünya kifayət deyil» (The World Is Not Enough) filminin əsas kadrları - Neft Daşlarında lentə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG