Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Bakıda NATO-nun Avroatlantik Mərkəzi açıldı


İyulun 3-də M.F.Axundov adına Milli Kitabxanada NATO-nun Avroatlantik Mərkəzinin açılışı oldu. Qurumun açılmasında məqsəd əhalini Azərbaycanın Şimali Atlantika İttifaqı ilə əməkdaşlığının necə inkişaf etməsi haqda məlumatlandırmaqdır.


Xarici İşlər nazirinin müavini Araz Əzimov bildirir ki, Avroatlantik Mərkəzin siyasi əhəmiyyəti ilk öncə Azərbaycanda NATO-ya və Avroatlantikaya olan yüksək marağın göstəricisidir: «Bu mərkəz həm NATO-nun, həm də Azərbaycanın maraqlarına xidmət edəcək».


NATO Baş katibinin müavini Jan Frune isə, mərkəzdə təhlükəsizlik məsələləri ilə bağlı məlumat almağın daha asan olacağını dedi: «Təhlükəsizlik məsələsi çox mühümdür, bunu kollektiv dəyərlər və ümumi prinsiplər daxilində inkişaf etdirməliyik».


XS
SM
MD
LG