Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Səngəçaldan Batumiyə neft aparan qatar aşıb


Qəza nəticəsində vaqonlardakı xam neft dağılmayıb
Qəza nəticəsində vaqonlardakı xam neft dağılmayıb
Mayın 10-u saat 17:40 radələrində Səngəçal terminalından Gürcüstanın Batumi Limanına gedən xam neft daşıyan yük qatarı Kürdəmir rayonunun Sığırlı stansiyası yaxınlığında qəzaya uğrayıb. Azərbaycan Dəmir Yolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın 5 vaqonu relsdən çıxıb.

Qəza nəticəsində vaqonlardakı xam neft dağılmayıb.

Kürdəmir rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, maşinist Hüseynov Xəqani Əhliman oğlunun idarə etdiyi qatarın qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nəqliyyatda Baş Polis İdarəsinin yerli nümayəndələri gəliblər. Qatar ARDNŞ-ə məxsus olduğu bildirilir.
XS
SM
MD
LG