Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Dalğaçıları durduqları yerdə tutublar - YENİLƏNİB


Ramin Hacılı və üç «Dalğa» üzvü 2 saatdan artıq 9-cu polis bölməsində olduğunu deyir. Şahidlər təsdiqləyir, polis isə yox

Mayın 10-u saat 19:30 radələrində Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatın sədri Ramin Hacılı və «Dalğa» Gənclər Hərəkatının üç üzvünü - Rövşən Nəcəfovu, Emin Rəsulzadəni və Emin Əliyevi polis saxlayıb. Gənclərin iki saatdan artıq Səbayel rayon 9-cu polis bölməsində saxlandıqdan sonra azad edildiyi bildirilir.

«Biz gül bayramı keçirilən parkın yanında dayanmışdıq. Mülki geyimli polislər bizə dedilər siz bizimlə bölməyə getməlisiniz. Səbəb demədilər və dördümüzü də gətirdilər Səbayel rayon 9-cu polis bölməsinə. İzahat aldılar. Biz yazdıq ki, dayandığımız yerdə saxlanmışıq».

9-cu polis bölməsindən «Azadlıq» radiosuna bildiriblər ki, onlar bu adlı gəncləri saxlamayıblar. Halbuki, Hacılı 9-cu polis bölməsində olduğunu deyib. Onun bölmədə olduğunu digər şahidlər də təsdiqləyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG