Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Bazar ertəsi Gürcüstanda prezidentlə müxalifət arasında görüş olacaq


Gürcüstan prezidenti Mixeil Saakaşviliylə müxalifət nümayəndələri arasında birbaşa görüş bazar ertəsi olacaq.

Bu barədə agentliklər hakimiyyət və müxalifət nümayəndələrinə istinadla xəbər verirlər.

İctimai Televiziya görüşün saat 12-də keçiriləcəyini xəbər verib.

Müxalifət dünən ölkə paytaxtı Tbilisidə mitinqə qıxaraq prezidentlə birbaşa danışıqlar tələb edirdi.

Məlumatlara görə bu mitinqdə 10 mindən çox adam iştirak edib.

Prezidentin istefasını tələb edən müxalifət onu demokratiyanı boğmaqda və ötən ilin yayında Rusiyayla müharibədə düzgün addım atmamaqda günühlandırır.
XS
SM
MD
LG