Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:05

«Belə hərəkətlər xuliqanlıq kimi dəyərləndirilməlidir»


«Bu cür cəhdlər qətlə yetirilənləri həyata qaytarmayacaq, nəyisə bərpa etməyəcək»
«Bu cür cəhdlər qətlə yetirilənləri həyata qaytarmayacaq, nəyisə bərpa etməyəcək»
«Dövlət tərəfindən təşkil olunan bayram tədbirini pozmağa cəhd qanun pozuntusudur».

«İrəli» İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə mayın 10-da bir qrup gəncin etiraz aksiyasına münasibət bildirərkən «Azadlıq» radiosuna belə deyib:

«Əgər bunun bir mənası varsa, hamı - həmçinin biz də gedib Neft Akademiyasında həlak olanların xatirinə «gül bayramı» olmasın deyə qışqıraq. Ancaq bu cür cəhdlər qətlə yetirilənləri həyata qaytarmayacaq, nəyisə bərpa etməyəcək. Ona görə də belə hərəkətlər mənasızdır və xuliqanlıq kimi dəyərləndirilməlidir».

Aynur Həsənzadə «Gül bayramına yox!», «Matəm elan olunsun!» şüarları ilə aksiya keçirən gənclərin hərəkətini paytaxtda sabitliyi pozmaq cəhdi kimi dəyərləndirir.

«İrəli» İctimai Birliyi 2008-ci il prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyib. Birliyin rəhbəri Ceyhun Osmanlı həmin seçkidə İ.Əliyevin vəkili olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG