Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:58

«Bəzi gənclərin xəsarət alması xüsusilə narahatedicidir»


ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson
«Biz bu gün Sahil bağı və 28 May küçəsi ətrafında onlarla gəncin saxlanmasından narahatıq. Mötəbər şahid ifadələrinə görə, bəzi gənclərin saxlanma zamanı xəsarət alması xüsusilə narahatedicidir».

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson «Azadlıq» radiosuna göndərdiyi yazılı bəyanatında deyib.

«Biz saxlanmalar barədə Azərbaycan rəsmilərindən məlumat istəmişik. Ümid edirik ki, onlar tezliklə azad olunacaqlar»,- deyə T.Devidson əlavə edib.

Terri Devidson deyib ki, toplaşma və ifadə azadlığı demokratik cəmiyyətin əsasıdır:

«Heydər Əliyevin dediyi kimi, hər kəs başqalarının fikirlərinə hörmətlə yanaşmalı və onlardan yararlanmağı bacarmalıdır».
XS
SM
MD
LG