Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ticarət nazirinin qardaşı həbs olunub


İraqda ticarət nazirinin qardaşı korrupsiya ittihamıyla həbs olunub.

Polisin məlumatına görə ticarət nazirinin müşaviri olan Sabah Məhəmməd əl Sudani ötən cümə axşamı ölkənin cənubunda həbs olunub.

O polisdən gizlənirmiş.

İraqın baş naziri Nuri əl Maliki dünən yaraqlılarla olduğu kimi korrupsiyaya qarşı da eyni dərəcədə-intensiv mübarizə aparmağa çağırıb.

Transparency İnternational təşkilatının 2008-ci il üçün hesabatında İraq korrupsiyanın səviyyəsinə görə dünyada 3-cü yerdədir.
XS
SM
MD
LG