Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

ABŞ səfirliyi Pərviz Əzimovu universitetə bərpa etməyə çağırıb


ABŞ-ın Azərbaycandakı səfirliyi Lənkəran Dövlət Universitetini Pərviz Əzimovu yenidən təhsil ocağına bərpa etməyə çağırıb.

Bu barədə «Azadlıq» radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson məlumat verib.

T. Devidson mayın 8-də universitetin rektoru Asəf İsgəndərov ilə görüşüb:

«Mən onu Pərviz Əzimovu universitetə bərpa etmək barədə düşünməyə çağırdım. O dedi ki, universitet onun bu yay təhsilini başa vurmasının mümkün yollarını axtarır. Bu, yaxşı xəbərdir və tezliklə baş verə bilər».

Sonuncu kursda oxuyan P.Əzimov bu ilin martında Lənkəran Dövlət Universitetindən xaric edilib. Onun daxili nizam-intizam qaydalarını pozduğu bildirilir. P.Əzimovun özü isə universitetdəki rüşvət və korrupsiya hallarından yazdığına görə qovulduğunu iddia edir.
XS
SM
MD
LG