Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:32

«Prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmayıb»


Elmar Məmmədyarov
«Əfsuslar olsun ki, prezidentlərin Praqa görüşündə irəliləyiş əldə olunmadı».

Bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

«Deyə bilmərəm ki, hansısa irəliləyiş əldə olunub, danışıqlar davam etdirilməlidir. Praqa görüşündə mürəkkəb məsələlər müzakirə olundu. Amma əfsuslar olsun ki, ermənilər bu dəfə də hansısa konstruktivlik nümayiş etdirmədilər», - deyə E.Məmmədyarov qeyd edib.

Prezidentlərin növbəti görüşünə gəlincə, E.Məmmədyarov bildirib ki, iyunun əvvəlində Sankt-Peterburqda iqtisadi sammit çərçivəsində prezidentlərin görüşü planlaşdırılır. Amma bundan əvvəl çox güman ki, həmsədrlər regiona səfər edəcəklər və lazım olsa, xarici işlər nazirlərinin görüşü keçiriləcək. «Hər şey həmsədrlərin regiona səfərindən sonra məlum olacaq», - deyə nazir vurğulayıb.

XİN başçısı ABŞ Dövlət katibi Hillari Klintonla görüşü barədə də danışıb: «Görüş yaxşı keçdi. Biz Dağlıq Qarabağ və enerji məsələlərinə toxunduq. Hillari Klinton regionda, həmçinin Azərbaycan və Ermənistan arasında sülh və sabitlik olmasının vacibliyini qeyd etdi. Bu, çox vacib bəyanatdır. O, bunun üçün əlindən gələni edəcəyinə də söz verdi».

E. Məmmədyarov deyib ki, artıq regionda yeni vəziyyət yaranıb: «Bu situasiyada ABŞ-ın da, Rusiya və Avropa İttifaqının da rolu yüksəkdir. Amma əlbəttə ki, ABŞ bu istiqamətdə köməklik göstərsə, hansısa irəliləyişə nail olarıq». / ANS Press /

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG