Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:39

Gürcüstanda hökumətlə müxalifət görüşməyə razılaşıb


Bu yaxınlarda Gürcüstan rəsmiləri prezidentin istefası tələbilə mitinq keçirən müxalifətlə görüşməyi planlaşdırırlar. Müxalifət də görüşə razılıq verib.

Parlamentin spikeri David Bakradze Rustavi-2 televiziyasına bildirib ki, görüşün təşkil edilməsi üçün işlər artıq görülür və ola bilsin elə mayın 8-i onların müxalifətlə müzakirələri başlasın. Spiker özünün və parlament çoxluğunun müxalifətlə görüşə hazır olduğunu bildirib. Amma o, müxalifətin əsas tələbi olan prezident Saakaşvilinin görüşdə iştirak edib-etməyəcəyi barədə heç bir məlumat verməyib.

Eyni zamanda Röyters xəbər agentliyi də Gürcüstan müxalifətinin hakimiyyətlə görüşı razılıq verdiyini bildirir. Agentliyin məlumatına görə müxalifət liderləri spikerlə görüşə öz nümayəndələrini göndərəcəklərini deyiblər. Amma onlar bunu prezident Mixeil Saakaşvili ilə görşə hazırlıq kimi qəbul edirlər.

Aprelin 9-dan Gürcüstan müxalifəti prezidentin istefası tələbilə etiraz aksiyaları keçirir. Onlar mitinqlərin ilk günlərində prezidenti dialoq çağırışını qəbul etmirdilər.

Müxalifət prezident Mixeil Saakaşvilini ötən ilin avqustunda Rusiya ilə müharibədə düzgün davranmamaqda və ölkədə getdikcə avtokratiya yaratmaqda ittiham edirlər.
XS
SM
MD
LG