Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

Vladimir Voronin parlamentin spikeri vəzifəsinə namizəddir


Moldovada hakim communist partiyası öz lideri və hazırkı prezident Vladimir Voronini parlamentin sədrliyinə namizəd irəli sürüb.

“Azadlıq” radiosunun Moldova xidməti xəbər verir ki, parlamentin rəhbərliyinin gələn həftənin ilk günlərində seçilməsi planlaşdırılır. Amma hələlik prezidenti kimin əvəvz edəcəyi barədə heç bir söz yoxdur. Prezidenti də parlament seçir.

Moldova Konstitusiyası indiki prezident Voroninin üçüncü müddət üçün prezident seçilməsinə imkan vermir. Prezidenti də parlament seçir.

Ötən ay keçirilən parlament seçkilərində hakim kommunist partiyasının qələbəsi elan olundu. Məlumata görə 101 nəfərlik parlamentdə kommunistlər 60 yerə sahib olublar.

Müxalifət bu nəticəni qəbul etmir. Seçkidən sonra müxalifət tərəfdarlarının keçirdikləri mitinqdə hətta bir müddət prezident aparatı və parlamentin binasını mitinqçilər tutmuşdular.
XS
SM
MD
LG