Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:52

Praqa sammitinin iştirakçıları yekun bəyənnamə imzalayıblar


Praqa sammitinin iştirakçıları
Praqa sammitinin iştirakçıları
Praqa sammitinin iştirakçıları yekun bəyənnamə imzalayıblar. 21 maddədən ibarət olan bu sənəddə Avropa Birliyinin Şərq Əməkdaşlığı çərçivəsində 6 keçmiş sovet respublikası ilə əməkdaşlığının əsas istiqamətləri müəyyənləşib.

Sənəddə deyilir ki, sammit iştirakçıları «Praqada görüşərək öz münasibətlərinin inkişaf etdirilməsi üçün Şərq Əməkdaşlığı təsis edir».

Əsas fəaliyyət istiqamətləri kimi mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, çoxtərəfli kooperasiya münasibətlərinə diqqət yetirilməsi və maliyyə məsələləri qeyd edilir.

Sənəddə hər iki ildən bir ölkə başçıları, ildə bir dəfə isə xarici işlər nazirləri səviyyəsində toplantıların keçirilməsi haqda razılıq da öz əksini tapıb.

Mayın 7-i və 8-də Praqada keçirilən «Şərq Əməkdaşlığı» sammitində Avropa Birliyinə daxil olan ölkələrin, habelə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın dövlət nümayəndələri iştirak edirdi.

Sammitdə keçmiş sovet respublikalarından Belarus və Moldova istisna olmaqla digər respublikalar prezidentlər səviyyəsində təmsil olunurdular.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG