Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:01

Əhmədinejatın rəqibi onun siyasətini tənqid edib


İran prezidenti Mahmud Əhmədinejatın əsas rəqibi onun xarici siyasətini tənqid edib.

Mir-Hüseyn Mussavi İranın cənub-şərqindəki Kerman şəhərində çıxışı zamanı deyib ki, Əhmədinejatın başqa ölkələrin ünvana ittihamlı ifadələri İrana baha başa gəlir. Onun fikrincə, «İran öz prinsiplərini müdafiə edə, eyni zamanda gərginliyi azaldan siyasəti apara bilərdi».

İran prezidenti Holokost faciəsi və İsrailin məhv edilməsi ilə bağlı bəyanatlarına görə qərb ölkələri tərəfindən tənqid olunur.

İranın sabiq baş naziri olan Mussavi Əhmədinejatın prezident seçkilərində əsas rəqibi hesab olunur.

İranda prezident seçkilər iyunun 12-də keçiriləcək.
XS
SM
MD
LG