Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Praqa danışıqlarının təfərrüatları


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuriy Merzlyakov (Rusiya)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuriy Merzlyakov (Rusiya)
Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistanın dövlət başçısı Serj Sarkisyan mayın 7-də Praqada ABŞ-ın Çex Respublikasındakı səfirliyində görüşdülər. Görüşdə Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Onlar prezidentlərin ciddi irəliləyişlər əldə etdiklərini bildirdilər.

Görüşdən sonra keçirdikləri mətbuat konfransında həmsədrlər prezidentlərin münaqişənin həlli üçün əsas olan baza prinsiplərini müzakirə etdiklərini bildirdilər.

Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza irəliləyiş kimi qeyd edir ki, artıq konseptual məsələlərdə razılaşma var: “İndi isə biz həmsərlər kimi, mətnin razılaşdırılması üçün nazirlərlə oturub sətirbəsətir, sözbəsöz müzakirlələr aparırıq. Bu normal diplomatik praktikadır”.

Həmsədrlər jurnalistlərin irəliləyişlər barədə 10 ildir eyni fikirlərin deyilir qeydi ilə həmsədrlər qətiyyən razılaşmadıqlarını bildirdilər.

Minsk Qrupunun Fransada olan həmsərdi Bernar Fasye sülh prosesində ciddi irəliləyişlər kimi prezidentlərin indi əvvəliklərdən daha tez-tez görüşdüklərini deyir: “Heç bir irəliləyiş olmadığını qətiyyən demək olmaz. Bir neçə il əvvəl prezidentlər heç ildə bir dəfə görüşmürdülər. İndi isə son 11 ayda bu, onların dördüncgörüşüdür. Bu da irəliləyişin bir elementidir”.

Minsk Qrupunun Rusiyadan olan həmsədri Yuriy Merzlyakov isə prezidentlərin gələn ay Sank-Peterburqda daha bir görüşlərini təşkil etməyə çalışdıqlarını bildirdi. Amma Merzlyakov qeyd etdi ki, hələlik dövlət başçılarının qarşıdakı görüşlərinin dəqiq yeri və vaxtı bəli deyil.

“Rusiya Gürcüstanın Abxaziya, Cənubi Osetiya kimi regionlarını dövlət kimi tanıdı. Bu vəziyyətdə Qarabağ probleminin həllində Rusiyanın səmimiliyinə necə inanmaq olar?
“Azadlıq” radiosunun bu sualına Merzlaykov bu cür cavab verid:

- Bizim üçün bunlar ayrı-ayrı problemlərdir. Mən indi onları niyə tanıdığımızın bütün tarixini və səbəbini deyə bilmərəm. Amma onu deməliyəm ki, vəziyyət tamamilə fərqlidir.

- Rusiyanın Qarabağı da tanımaq planınız yoxdur ki?

- Mən bu cür hər hansı plan olduğunu bilmirəm.

Həmsədrlər israrla sülh prosesində yeniliklər olduğunu söyləyirlər. Amma detallar barədə soruşanda onlar prezidentlərin müzakirə etdikləri məsələləri gizli saxlamağa borclu olduqlarını bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG