Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Sərnişinlər 20 dəqiqəyə yaxın tuneldə qalıb


İyunun 26-da səhər saat 9.45-də Bakı metropolitenində baş verən texniki nasazlığa görə, qatarların hərəkətində fasilə yaranıb. Metropolitenin rəisi Tağı Əhmədovun «Azadlıq» radiosuna bildirdiyinə görə, texniki nasazlıq «Əhmədli» stansiyasından «28 May» stansiyasına gedən qatarda baş verib və qatarların hərəkət qrafikində 7 dəqiqə fasilə yaranıb. «Bu cür nasazlıqlar həmişə ola bilər və çalışmalıyıq ki, olmasın», - deyə cənab Əhmədov bildirib.


Sərnişinlər isə 20 dəqiqəyə yaxın tuneldə dayanmış qatarlarda qaldıqlarını, adamlar arasında təlaş yarandığını bildirirlər.



XS
SM
MD
LG