Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:51

«Biləcəridə evyıxma əməliyyatı»


Son illər ərzində Bakıda 2000-dək fərdi ev sökülüb
Son illər ərzində Bakıda 2000-dək fərdi ev sökülüb
«Bizim Yol»: Azərbaycanda ev yıxmaq sözün əsl mənasında adət halını alıb. Son illər ərzində Bakıda 2000-dək fərdi ev sökülüb. Təkcə ötən il Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi rayonunda qaçqın və məcburi köçkünlərə məxsus 500 evi uçurub, xeyli evin tikintisi isə yarımçıq dayandırılıb.

Ötən gün «Bizim Yol»un redaksiyasına telefon açıb şikayətlənən Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri bizi sözügedən ünvana dəvət etdilər. Dəvəti qəbul edib ora yollandıq. Biz əraziyə çatanda yerli sakinlərlə polis əməkdaşları arasında əlbəyaxa mübahisə gedirdi. Yerli İcra Hakimiyyətinin və Neft Şirkətinin əməkdaşları da oradaydı. Buldozerlər verilən göstərişə uyğun olaraq evləri, hasarları uçurdurdular.

Qeyd edək ki, adıçəkilən ərazi «Binəqədi Oil»un balansındadır. Ərazidə məskunlaşmış şəxslərin sözlərinə görə, bu torpaqlar adı çəkilən şirkət, yerli icra hakimiyyəti və bələdiyyə tərəfindən vətəndaşlara pulla satılıb. Biləcəri bələdiyyəsinin ərazisi olan bu yerlərdə məskunlaşma bir neçə ildir ki, başlayıb. Artıq yüzlərlə evlər, villalar tikilib, bəzi torpaq sahələri hündür, bəziləri isə alçaq hasarla dövrəyə alınıb. Ancaq dünən yarımçıq tikililər və hasarlar da yerlə-yeksan edildi.

«Yeni Müsavat»: «Vaxt var idi dünyanın ayrı-ayrı ölkələrinin başçıları ABŞ prezidenti ilə görüşəndən sonra bir həftə əllərini yumayıb, bu görüşün dadını çıxardırdılar. Amma indi Obamanın mətbuatın vəziyyəti ilə bağlı söylədiyi adi bir tənqidi fikrə görə YAP-a arxa qapıdan soxulan, son illərdə isə bu partiyanın əsas sözçüləri arasında özünə isti yer eləyən Mübariz Qurbanlı Amerika prezidentini topa tutub». Zabil Müqabiloğlu «Mübariz Qurbanlının Obamaya cavabı» məqaləsində belə yazır.

«YAP funksioneri Azərbaycanı tənqid etdiyinə görə Obamanı ədalətsizlikdə şuçlayıb. Hələ üstəlik, ona məsləhət görüb ki, hər yoldan keçənin hazırlayıb ona təqdim etdiyi məlumatlara inanmasın…»

«Üç nöqtə»: «Ölkədə dini durumla bağlı vəziyyət kifayət qədər sabitdir. Azərbaycan dini sabitliyi ilə bütün bölgə üçün nümunə hesab olunur. Ölkədə təkcə müsəlmanların deyil, digər dinlərin təmsilçilərinin, respublikada əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin vicdan azadlığı tam təmin olunur. Bunu beynəlxalq təşkilatların təmsilçiləri də etiraf edirlər».

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dilə gətirib. Bununla yanaşı, H.Orucov dini durumla bağlı müəyyən narahatedici məqamların olduğunu da vurğulayıb. Onun dediyinə görə, ölkədəki 1750 məsciddən hazırda 800-ü fəaliyyət göstərir. 150 məscidin fəaliyyəti mövsümidir. Yəni, onlar əsasən dini mərasimlər zamanı işləyirlər. Qalan məscidlər isə dini abidə kimi qorunur.

«Yeni Azərbaycan»: «Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq». Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov belə deyir.

«Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun haqqında danışanda ilk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, banisidir. Biz Azərbaycanın bugünkü nailiyyətləri üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq».
XS
SM
MD
LG