Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:20

Tbilisidə toqquşma zamanı 30-a yaxın adam xəsarət alıb


Tbilisidə polis və müxalifət tərəfdarları arasında toqquşma zamanı 30-a yaxın adam xəsarət alıb. Polis nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib.

Gürcüstanın Daxili İşlər Nazirinin müavini Eka Zquladze deyib ki, toqquşmada 22 aksiya iştirakçısı, 1 müxbir və 6 polis xəsarət alıb.

Etraz aksiyasına səbəb Tbilisidə 3 müxalifət nümayəndəsinin həbs edilməsi olub. Onlar ictimai televiziyanın jurnaslitini döyməkdə ittiham olunurlar.

«İnterfax»ın məlumatına görə həbs olunanlar arasında Gürcüstanda prezidentliyə namizəd olmuş Levan Qaçeçiladze də var.

Gürcüstan hökuməti bu həftə dövlət çevrilişinin qarşısını aldığını açıqlayıb. Rəsmi Tbilisi çevriliş cəhdinin arxasında Rusiyanın dayandığını deyir.

Rusiya bu ittihamları rədd edir.
XS
SM
MD
LG