Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Gürcustanda diplomat casusluq itihamıyla həbs olunub


Gürcüstanda keçmiş diplomat casusluq itihamıyla həbs olunub.

Söhbət Xarici İşlər Nazirliyindəki NATO-la əlaqələr üzrə departamentin keçmiş rəis müavini və Gürcüstanın NATO-kı nümayəndəliyinin diplomatı Vaxtanq Maysayadan gedir.

Məlumatı Gürcüstanın daxili işlər nazirliyi verib.

O çərşənbə axşamı həbs olunub.

Prezident Mixeil Saakaşvili deyir ki, bir neçə il Rusiya kəşfiyyatına işləmiş Maysaya ötən ilin avqustunda Rusiyayla müharibədə ölkəyə ciddi ziyan vurub.

Daxili işlər nazirliyinin sözçüsü bunun çərşənbə axşamı hərbi hisələrdən birində göstərilmiş itaətsizliklə əlaqəsi olmadığını deyir.
XS
SM
MD
LG