Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:37

Dəmiryolu vağzalında bilet satışı bərpa olunub


Bakı dəmiryolu vağzalında qatarlara bilet satışı bərpa olunub. Bu barədə «Azadlıq» radiosuna Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, mayın 5-də profilaktik tədbirlər aparmaq üçün kompyuterlərin işini dayandırırlar:

«Bu cür profilaktik tədbirlər üç aydan bir aparılır. Belə işlər həmişə gecə görüldüyü üçün sərnişinlər narahatçılıq hiss etmirdilər. Ancaq bu dəfə proses günorta - bilet satışının adətən azaldığı saatlarda aparılıb».

N.Əzməmmədov deyir ki, bilet satışının dayanması ölkədaxili sərnişin qatarlarının qrafikinə təsir etməyib.

Mayın 5-də Bakı dəmiryolu vağzalının kompyuter sistemi dayanmışdı.
XS
SM
MD
LG