Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

Əhmədinejad İsrailə yenə söz hücumu elədi


İran prezidenti Mahmud Əhmədinejad Dəməşqdə Suriya prezidenti Bəşər əl-Əsədlə birgə keçirdiyi mətbuat konfransında İsraili «sionist işğalçı» və «dağıdıcı mikrob» adlandırıb. Suriyada səfərdə olan Əhmədinejad ölkə prezidenti ilə danışıqlar aparıb. Onun Dəməşqdə yerləşən «Həmas» və «İslam Cihadı» kimi Fələstin fraksiyalarının rəhbərləri ilə də görüşü gözlənilirdi.

Suriya İranın yaxın ərəb müttəfiqidir. Latın Amerikasına getməyi planlaşdıran Əhmədinejad bu qitəyə səfəri təxirə salıb Suriyaya yollanıb. Rəsmi Tehranın dəyişikliyini səbəbini açıqlamayıb.
XS
SM
MD
LG