Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Avropa ABŞ-ı internetdə idarəçilik sisteminə yenidən baxmağa çağırır


Çində internet kafe, 10 yanvar 2009
Çində internet kafe, 10 yanvar 2009
Avropa Komissiyası ABŞ hökumətini interneti idarə edən qurumla olan bütün əlaqələri kəsməyə çağırıb. Komissiya internetin idarə olunmasına dair «G12» adlanan yeni modeli təklif edib.

«İnanıram ki, prezident Obama internetin qlobal yayılma xüsusiyyətini nəzərə alaraq cəsarət, müdrüklük və hörmət göstərib sentyabrda daha məsuliyyətli, daha şəffaf, daha demokratik və daha çoxtərəfli internet üzərində idarəni dəstəkləyəcək», - deyə Avropa Komissiyasının İnformasiya Cəmiyyəti üzrə komisarı Vivyen Redinqin yaydığı müraciətdə deyilir.

Sentyabrda Amerika hökumətinin qlobal şəbəkəni idarə edən Internet Corporation for Assigned Names and Numbers (ICANN) təşkilatı ilə əməkdaşlıq sazişinin müddəti bitir. Avropa Komissiyası yeni idarə sisteminin oktyabrdan icra olunmasını təklif edir. Həmçinin ICANN təşkilatının tam özəlləşdirilməsi vacib sayılır. Əvəzində isə yeni müstəqil və hökumətlərin çoxtərəfli forumu olacaq «G12 for internet governance» adlı qurumun yaradılması təklif edilir.

ABŞ hələ ki, təkliflə bağlı öz mövqeyini açıqlamayıb. Buş administrasiyası vaxtı Birləşmiş Ştatlar ICANN-nın BMT tərəfindən idarə olunmasının əleyhinə idi.

Mayın 6-da Brüsseldə Avropa Komissiyasının məsələyə dair konfransı keçiriləcək.
XS
SM
MD
LG