Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:08

Jurnalistlər hələ də təhlükəli vəziyyətlərdə işləyirlər


Azərbaycanda artıq 4 aydan çoxdur ki, «Azadlıq» radiosu hökumətin qoyduğu qadağaya görə yerli tezlikdən çıxarılıb
Azərbaycanda artıq 4 aydan çoxdur ki, «Azadlıq» radiosu hökumətin qoyduğu qadağaya görə yerli tezlikdən çıxarılıb
Azərbaycanda artıq 4 aydan çoxdur ki, «Azadlıq» radiosu hökumətin qoyduğu qadağaya görə yerli tezlikdən çıxarılıb.
Naxçıvan Muxtar Respublikasında isə polis bir qrup adamı bazardan xəbər verməyə çalışan radionun iki jurnalistinə hücum etməyə təhrik edib.

«Azad Avropa» və «Azadlıq» radiosunun Dünya mətbuat azadlığı günü ilə əlaqədar yaydığı açıqlamasında belə deyilir.

Açıqlamada deyilir ki, Dünya mətbuat azadlığı günündə 20 ölkədə 28 dildə yayımlanan «Azad Avropa» və «Azadlıq» radiosunun jurnalistləri qapalı cəmiyyətlərdə azad xəbər və məlumat vermək üçün hələ də təhlükəli vəziyyətlərdə işləməli olurlar.

Radionun prezidenti Cef Gedmin bildirib ki, mətbuat azadlığı günü bütün dünyada müstəqil medianı müdafiə etmək və peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olan jurnalistləri anma günüdür.

Açıqlamada bildirilir ki, Qırğızıstanda isə radionun televiziya və radio verilişləri öz dinləyicisini itirib. Qazax dilli internet səhifəsi isə keçən il hökumət tərəfindən yeddi həftəliyə bağlanmışdı.
XS
SM
MD
LG