Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Moldova hökuməti istefa verib


Mayın 4-də Moldovanın kommunist hökuməti istefa verib. Bu yeni seçilən parlamentin Vladimir Voroninin yerinə yeni prezidenti seçməsi üçün atılan formal addımdır. Parlament aprelin 5-də ilk toplantısını keçirəcək.

Aprelin 5-də keçirilən seçkilrədə hakim kommunist partiyasının parlamentdəki 101 yerdən 60-a sahib olduğu elan edilib. İndi onlara prezidenti müəyyən etmək üçün cəmi bir səs lazımdır.

Aprelin 7-də seçkilərin elan olunan nəticələrinə etiraz edən mitinqçilər prezidentin ofisinə və parlamentin binası hücum edib bir müddət onları əllərində saxlamışdırlar.

Deputatların bildirdiklərinə görə mayın 12-də parlament toplaşaraq ölkənin yeni prezidentini müəyyən etməyi palnlaşdırır.

İndiki prezident Vladimir Voronin iki müddətə prezident olub. Konstitusiya onun üçüncü mddətə prezident seçilməsinə icazə vermir.
XS
SM
MD
LG