Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:00

Hillari Klinton xəstələnib


ABŞ Dövlət Katibi Hillari Klinton bu gün xəstəliyi ilə əlaqədar görüşlərini təxirə salıb. Dövlət Departamentinin sözçüsü Robert Vud bildirib ki, xanim Klintonun xəstəliyi qrip deyil, onda sadəcə olaraq allergiya var. Ona görə də bugün nəzərdə tutulan görüşlər sabaha keçirilib.

Hillari Klinton martın sonunda yeni qripin episentri olan Meksikaya hetmişdi. Ağ Evdən verilən məlumata görə prezident Barak Obamanı qarşılayan nümayəndə heyəti üzvlərindən biri donuz qripinə yoluxubmuş. Sonradan həmin adam sağalıb.
XS
SM
MD
LG