Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

İsrail Fələstinlə münasibətlərdə İtaliyadan kömək istəyir


İsrailin Xarici İşlər naziri Aviqdor Liberman hesab edir ki, İtaliya İsraillə ərəb ölkələri arasında əlaqələrin inkişafına həlledici təsir göstərə bilər.

Nazir bunu mayın 4-də italiyalı həmkarı Franko Frattini ilə Romada görüşdən sonra deyib. Franko Frattini də qeyd edib ki, İsraillə Fələstin tezliklə və konkret addımlarla sülhə nail olmalıdır.

Aviqdor Libermanın Avropa səfərinə Paris, Berlin və Praqada görüşlər də daxildir. O, yeni İsrail hökumətinin Fələstinlə sülh siyasətindən Avropanın narahatlığına son qoymağa çalışır.
XS
SM
MD
LG