Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 14:20

Səfa Mirzəyev: «Seçki komissiyaları siyasi əsaslarla təşkil olunmamalıdır»


Azərbaycan hökuməti Avropa Şurası Venesiya Komissiyasının təklifləri üzərində işləyir. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev deyir ki, Komissiyanın çoxsaylı təklifləri arasında Azərbaycan üçün qeyri-məqbulu olmasa da, ölkənin indiki şəraitinə uyğun gələn və gəlməyən təkliflər var. Onlar da bir-bir araşdırılır.


O ki qaldı, seçki komissiyalarının yenidən formalaşdırılmasına, cənab Mirzəyevə görə, komissiyalar siyasi əsaslarla təşkil olunmamalıdır. Onları peşəkarlar yaratmalıdır: «Siyasi əsaslarla yaradılan komissiya obyektiv qərar qəbul etməkdə çətinlik çəkəcək».


Parlament seçkilərindən sonra Venesiya Komissiyası hökumətə seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib. Bu tövsiyələr içərisində seçki komissiyaları ilə bağlı təkliflər də var.


XS
SM
MD
LG