«Təqribən 5 dəqiqə gözlədim, gördüm atəş səsi daha yoxdur, qapını açdım. Ramiz müəllim başından aldığı güllə yarasından keçinmişdi. Bir az aralıdan bizim baş laborantın səsi gəlirdi. Kömək istəyirdi. Zəng elədim əvvəl onun həyat yoldaşına, sonra da 103-ə - təcili tibbi yardıma. Onlar hamısı aşağıda idi. Amma yuxarı qalxmağa qorxurdular. Çünki cani hələ tutulmamışdı. Bir 10-15 dəqiqə keçdikdən sonra təhlukəsizlik qüvvələri gəldi. Onlardan da bir xeyli sonra polis paltarında adamlar gəldi. Hay-küydən sonra xərək gətirib həmin qadını götürdülər. Ondan sonra da bizi evakuasiya elədilər».
Bu, Neft Akademiyasının dosenti Çingiz Mürşüdlünün dedikləridir. Əslində, o, yaxın dostu, akademiyanın prorektoru professor Ramiz Abdullayevin ölümündən danışırdı.
Aprelin 30-da Neft Akademiyasında baş verən qətl hadisəsindən sonra ortaya çıxan suallardan biri də həmin vaxt polisin öz vəzifəsini nə dərəcədə yerinə yetirib- yetirməməsidir. Bu barədə fikirlər müxtəlifdir.
Hadisə zamanı orda olan və sağ qaldığı üçün vəziyyəti müşahidə edə bilən bəzi tələbələr Çevik Polis Alayının o qədər də çevik ollmadığını düşünürlər. Söhbət etdiyimiz tələbələr deyir ki, «əgər qatilə qarşı vaxtında silahlı müqavimət göstərilsəydi, bəlkə də ölənlərin və yaralananların sayı daha az olardı»:
«Onlar vaxtında müdaxilə etsəydilər, itkilər az ola bilərdi. Yoxsa gəlib 15 dəqiqə çöldə gözləyirlər, biri də içəri girmir. Belə olmaz».
Onu da deyim ki, hadisə yerinə hamıdan əvvəl jurnalistlər özünü çatdırmışdı. KİV-lər arasındakı rəqabət və informasiya əldə etmək həvəsi Neft Akademiyasının qarşısında dayanan və deyildiyi kimi yuxarı qalxmağa ürək etməyən həkim və polislərdən fərqli olaraq onlara öz canları barədə düşünməyə imkan verməmişdi. Telekanallarda nümayiş etdirilən kadrlardan da aydın görünür ki, operatorlar, jurnalistlər dəhlizlərdə müəyyən çəkiliş apardıqdan sonra da yuxarı mərtəbədə güllə səsi eşidilir. Sonradan verilən rəsmi məlumatlardan da bəlli olur ki, bu, hadisəni törətməkdə təqsirli bilinən şəxsin intihar etdiyi zaman açılan sonuncu atəşinin səsi idi. Yəni o, hələ zərərsizləşdirilməmiş artıq jurnalistlər Neft Akademiyasının içərisinə girmişdilər.
Əlbəttə ki, Çevik Polis Alayı gəldikdən sonra ətraf mühasirəyə alınıb ora heç kim buraxılmadı. Amma artıq bu gün ölkə ictimaiyyətinin və dünyanın seyr etdiyi görüntülər əldə edilmişdi. Amma indi daha çox medianın nə edə bildiyi barədə yox, güc strukturlarının nəyi edə bilmədiyi barədə danışılır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polis haqqında deyilənlərlə razılaşmır. Deyir ki, bu, məişət səviyyəsində olan söz-söhbətdən başqa bir şey deyil:
«Çevik Polis Alayı müəyyən olunmuş vaxtda hadisə yerinə gəlib və lazımi tədbirlər həyata keçirib. Bunu nümayiş etdirilən süjetlərdən də açıq-aydın görmək olur».
Keçmiş polis zabiti Mahmud Hacıyev də bəzi mülahizələrini telekanallarda gördüyü kadrlara əsaslanaraq söyləyir. Deyir ki, əslində Çevik Polis Alayının hadisə yerinə nə zaman gəlib çatmasını, onların hadisə yerindən nə qədər məsafədə yerləşməsi həll edir. Ona görə də bu məsələdə yerli-yersiz onları qınamaq düzgün deyil. Məsələ ondadır ki, şəhərin bütün nöqtələrində post-patrul xidməti həyata keçirilir. O cümlədən də Neft Akademiyasının yanında. Hədisə baş verən zaman da orda kimlər xidmətdədirsə, onlar da ilkin olaraq məsələyə müdaxilə etməlidirlər. M.Hacıyev deyir ki, əslində kadrlardan da göründüyü kimi, polislər hadisə yerinə vaxtında gəlmişdilər. Amma təəssüf ki, onlar hadisəyə müdaxilə etmək əvəzinə passiv mövqe tutdular. M.Hacıyevin sözlərinə görə, gənc tələbələrdən çox polislər özlərini itirmişdilər:
«Polislər cinayətkarı zərərsizləşdirmək üçün yuxarı mərtəbəyə qalxmaq əvəzinə xərəklə yaralı ilə bir yerdə bayıra çıxırdılar. Və qarşılarına çıxanlara da «yol verin» deyirdilər. Anlamaq olmurdu: polis ora yol göstərməyə gəlib ya camaatı qətlə yetirəni tərksilah etməyə. Bu, polisin passiv mövqe tutduğunu göstərirdi. Bu, peşəkarlıq, cəsarət problemidir. O cavan uşaqlardan çox polis «panika»ya düşmüşdü».
M.Hacıyev əlavə edir ki, belə hallarda polisin hadisəyə tez müdaxilə etməsi və cinayətkarın tərksilah edilməsi zərərçəkənlərin saynın az olmasına gətirib çıxarır.
Aprelin 30-da Neft Akademiyasında 13 nəfərin ölümü, 13 nəfərin isə xəsarət alması ilə nəticələnən silahlı basqından dərhal sonra çəkilən və efirə verilən kadrlarda hadisə yerində təcili yardımın, güc strukturlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının olduğu aydın görünür. Ancaq bununla belə, müxtəlif mərtəbələrdən ölü və yaralananları təcili yardım maşınlarına əsasən tələbələrin daşıdığı da aydın müşahidə olunur. Özü də bütün bunlar hadisənin təqsirkarı hesab olunan şəxsin binada sağ-salamat dolaşdığı vaxt baş verir.