Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

İran Saberinin işinə qarışmamağı tələb edir


“Sərhədsiz Reportyorlar” təşkilatı İranda həbsdə olan jurnalist xəstəxanaya yerləşdirilib. Atası təşkilata bildirib ki, hakimiyyət orqanları onun aclıq aksiyası keçirdiyi inkar edəndən sonra 32 yaşlı jurnalist su içməkdən də imtina edib.


Tehran isə insan haqlarını müdafiə təşkilatlarından jurnalist Roksana Saberinin işinə qarışmamağı tələb edir.

ABŞ və İran vətəndaşı olan Saberi İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq insan haqlarınə müdafiə təşkilatları onun azadlığa buraxılması üçün müxtəlif tədbirlər keçirirlər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hasan Qaşqavi mayın 4-də mətbuat konfransında jurnalistlərə bildirib ki, İranda məhkəmə müstəqildir, onun işinə hər hansı müdaxilə beynəlxalq qaydalara ziddir.

Tehranda onu ABŞ kəşfiyyatına işləməkdə ittiham edirlər. Jurnalistin özü və Vaşinqton bu iddianı rədd edir.
XS
SM
MD
LG